“Şamaxı” heyətini braziliyalı müdafiəçi ilə gücləndirdi
Bakı, 15 avqust, Tsport.az
“Şamaxı” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Tsport.az xəbər verir ki, 26 yaşlı braziliyalı mərkəz müdafiəçisi Antonio Lara ilə 1+1 illik müqavilə imzalanıb.
Yeni mövsüm öncəsi komanda heyətində ciddi dəyişikliklər edib. Şamaxı təmsilçisi daha əvvəl Emil Süleymanov, Oruc Məmmədov, Həbib İsmayılov, Diogo Balau, Karim Rossi, Cezar Henrique, David Thomaz Dos Santos Oliveira, Rikardo Apolinario, Bilal İsmayılov, Ravil Qafarov, Abdullahi Şuaybu, Səlim Həşimov və Sənan Muradlını transfer edib.