-->
Azərbaycan Futbolu

Şamaxı” “Sabah” üzərində qələbə qazanıb

Bakı, 9 mart, Tsport.az

“Şamaxı” Misli Premyer Liqasında “Sabah” komandasını məğlub edib.

Tsport.az xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin minimal hesablı – 1:0 qələbəsi ilə yekunlaşıb. Oyunun yeganə qolunu 30-cu dəqiqədə Edqar Adilxanov vurub.

Bu qələbə sayəsində “Şamaxı” xallarını 27-yə çatdıraraq turnir cədvəlində yeddinci pilləyə yüksəlib. “Sabah” isə 34 xalla beşinci sırada yer alır.

Günün növbəti oyunu saat 17:30-da baş tutacaq və burada “Zirə” öz meydanında “Səbail”i qəbul edəcək.

Xatırladaq ki, turun oyunlarına martın 10-da yekun vurulacaq. Ötən gün “Qarabağ” “Araz-Naxçıvan”ı 3:1 hesabı ilə məğlub edib.