Azərbaycan Futbolu

“Şamaxı”dan daha bir ayrılıq

Bakı, 1 iyul , Tsport.az 

Şamaxı” klubu yay fasiləsində heyətində növbəti dəyişiklik edib. Komandanın müdafiəçisi Vüsal Məsimovla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Tsport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Klub Məsimova xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Bununla da bölgə təmsilçisi yay fasiləsində 10-cu futbolçusu ilə yollarını ayırmış oldu. Daha əvvəl komandadan ayrılan adlar:

  • Kamal Bayramov (karyerasını başa vurub)
  • Fəxri Məmmədli
  • Maykl Tuik
  • Vasiliye Radenoviç
  • Vasiliye Bakiç
  • Leroy Mikels
  • Brahim Konate
  • Murad Vəliyev
  • Rauf Rüstəmli
  • Cəlal Hüseynov