Santi Cazorla ilə müqavilə uzadıldı
Bakı, 13 iyul , Tsport.az
“Real Oviedo” klubunun kapitanı Santi Cazorla komandada qalır. Klub, 40 yaşlı yarımmüdafiəçi ilə müqaviləni 2026-cı ilin yayına qədər uzadıb.
Tsport.az xəbər verir ki, bu barədə “Real Oviedo” klubunun mətbuat xidməti məlumat yayıb.
Komanda 24 il sonra La Ligaya yüksəlib və Cazorla təcrübəsi ilə kluba rəhbərlik etməyə davam edəcək.
Qeyd edək ki, Santi Cazorla “Real Oviedo” akademiyasının yetirməsidir. O, karyerası boyunca “Villarreal CF”, “Málaga CF”, “Arsenal FC” və “Al Sadd SC” klublarında çıxış edib. İspaniya millisinin sabiq üzvü 2023-cü ildə doğma klubuna qayıtmışdı.