Digər

Saul Alvarez dünya çempionu titullarını geri qaytardı

Bakı, 4 may, Tsport.az

Meksikalı boksçu Saul “Canelo” Alvarez 76,2 kq çəki dərəcəsində mütləq dünya çempionu titulunu yenidən öz adına yazdırıb.

Tsport.az xəbər verir ki, Ər-Riyadda baş tutan 12 raundlu döyüşdə Alvarez kubalı William Scullu hakimlərin yekdil qərarı ilə məğlub edib.

Bu qələbə ilə Canelo həm WBC, WBA və WBO titullarını qoruyub, həm də IBF kəmərini rəqibindən alaraq bütün əsas versiyalar üzrə mütləq dünya çempionu titulunu geri qaytarıb.

34 yaşlı Alvarez WBC və WBA kəmərlərini səkkizinci, WBO titulunu isə altıncı dəfə müdafiə etmiş oldu.