Dünya Futbolu

Saul Niguez “Trabzonspor”a keçir


Bakı, 21 iyul , Tsport.az 

“Trabzonspor” transfer gündəmindəki Saul Niguez ilə prinsipial razılıq əldə edib.

Tsport.az xəbər verir ki, yarımmüdafiəsini gücləndirmək istəyən “Trabzonspor” bir müddətdir Atletico Madriddən ayrılması gözlənilən Saul Niguez ilə maraqlanırdı.

Qara Dəniz təmsilçisi ispan futbolçu ilə prinsipial razılığa gəlib.

30 yaşlı futbolçunun son danışıqlar üçün bu gün Türkiyəyə gəlməsi gözlənilir.

Saul Niguez ötən mövsüm La Liqa təmsilçilərindən Sevilyada icarə əsasında çıxış edib. İspaniyalı futbolçu “Sevilya” ilə 26 oyunda 1 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.