Digər

“Sea Breeze”də beynəlxalq padel turniri başa çatdı: İtalyan cütlük çempion oldu

Bakı, 29 iyun , Tsport.az 

Azərbaycan Tennis və Padel Federasiyasının təşkilatçılığı ilə “Crocus Fitness Sea Breeze International Padel Cup” seriyasının ikinci turniri uğurla yekunlaşıb.

Tsport.az xəbər verir ki, yarışın məqsədi padel idman növünün Azərbaycanda təbliği və beynəlxalq arenada tanınmasına töhfə vermək olub.

Turnirin finalında İtaliyadan olan Rikkardo Sinikropi və Culio Qraziotti cütlüyü ispaniyalı Adrian Rodriqez və Hektor Vaskesi 6:7, 7:5, 6:2 hesabı ilə məğlub edərək çempion adını qazanıb.

3-cü yer uğrunda qarşılaşmada Azərbaycanlı tennisçilər Tamerlan Əzizov və Yusif Rzayev millimizin digər üzvləri Rəsul Qocayev və Kənan Qasımov üzərində 6:3, 6:4 hesabı ilə qələbə qazanıblar.

Yarışın mükafatlandırma mərasimində çıxış edən Azərbaycan Tennis və Padel Federasiyasının vitse-prezidenti Mehman Qocayev turnirin əhəmiyyətini vurğulayaraq qalibləri təbrik edib.

Turnirdə Azərbaycanla yanaşı, Türkiyə, Gürcüstan, Rusiya, İtaliya, İspaniya, Sudan, Yəmən və Portuqaliyadan idmançılar iştirak ediblər.

🏟 Turnirin uğurlu təşkili və geniş iştirakçı sayı Azərbaycanda padelin gələcək inkişafı üçün mühüm stimul hesab olunur.