“Seasters”in futbolçusu rus dilindən istifadə etdiyi üçün sarı vərəqə aldı
Bakı, 19 avqust, Tsport.az
Ukrayna qadınlar futbol çempionatında maraqlı hadisə yaşanıb. “Seasters” klubunun oyunçusu İrina Mayborodina matç zamanı rus dilində danışdığı üçün sarı vərəqə ilə cəzalandırılıb.
Tsport.az xəbər verir ki, hadisə “Kolos”la görüşün 42-ci dəqiqəsində baş verib. Baş hakim Anastasiya Romanyuk futbolçuya xəbərdarlıq edərək bildirib: “Biz burada rus dilində danışmırıq. Bu, Ukrayna çempionatıdır.”
Qeyd edək ki, qarşılaşma “Sisters”in 2:1 hesablı qələbəsi ilə başa çatıb.