Semih Kılıçsoy “Cagliari”yə transfer olundu
Bakı, 3 avqust, Tsport.az
“Beşiktaş” klubunun gənc hücumçusu Semih Kılıçsoy İtaliya A Seriyası təmsilçisi “Cagliari“yə keçib.
Tsport.az xəbər verir ki, 19 yaşlı futbolçu 2025/2026 mövsümünün sonuna qədər icarə əsasında “Cagliari“nin formasını geyinəcək. Transferin maliyyə detalları da açıqlanıb – Semih Kılıçsoyun keçidi 12 milyon avroya başa gəlib.
Qeyd edək ki, Semih Kılıçsoy son mövsümdə “Beşiktaş”da göstərdiyi performansla diqqət çəkmişdi və Avropa klublarının maraq dairəsinə düşmüşdü.