Serdar Gözübüyük ikinci dəfə Azərbaycan klubunun oyununu idarə edəcək
Bakı, 29 sentyabr, Tsport.az
Niderlandlı FIFA referisi Serdar Gözübüyük avrokuboklarda ikinci dəfə Azərbaycan klubunun qarşılaşmasını idarə edəcək.
Tsport.az xəbər verir ki, o, “Qarabağ” və Danimarkanın “Kopenhagen” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının II tur oyununda baş hakim olacaq.
Gözübüyük 10 il əvvəl də Bakıya gəlmişdi. O, həmin vaxt “Inter” və İspaniya təmsilçisi “Athletic Bilbao” arasında UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk matçını idarə etmiş, qarşılaşma 2:0 Bilbao üstünlüyü ilə yekunlaşmışdı.
40 yaşlı referi 2012-ci ildən beynəlxalq matçlara təyinat alır.
Qeyd edək ki, “Qarabağ” – “Kopenhagen” oyunu oktyabrın 1-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.