Dünya Futbolu

Sérgio Conceição “Milan”la yollarını ayırır

Bakı, 21 aprel, Tsport.az

“AC Milan” klubunda baş məşqçi dəyişiklikləri gündəmdədir.

Tsport.az xəbər verir ki, İtaliya mətbuatında yayılan məlumatlara görə, komandanın hazırkı çalışdırıcısı Sérgio Conceição mövsüm başa çatdıqdan sonra klubdan ayrılacaq.

50 yaşlı portuqaliyalı mütəxəssis “Milan”ın sükanı arxasına 2024-cü ilin dekabrında keçmişdi. Onun rəhbərliyi altında komanda bütün turnirlərdə ümumilikdə 24 oyuna çıxıb. Bu qarşılaşmalardan 11-də qalib gələn “komanda”Milan”, 5 dəfə bərabərliklə kifayətlənib və 8 dəfə məğlubiyyətlə üzləşib.

Hal-hazırda Serie A turnir cədvəlində “Milan” 33 turdan sonra 51 xalla 9-cu pillədə qərarlaşıb. Bu nəticələr rəhbərliyin və baş məşqçinin gələcək üçün planlarına yenidən baxmasına səbəb olub.