Dünya Futbolu

Sergio Ramosun transferi “Monterrey”in forma satışlarını uçurdu

Bakı, 18 mart, Tsport.az

Meksika Liqası komandalarından “Monterrey“, Sergio Ramos transferi ilə forma satışlarını böyük ölçüdə artırdı. Klubun əvvəlki dövrlə müqayisədə forma satışlarında 7 qat artış yaşandığı bildirilib.

Tsport.az xəbər verir ki, Avropadan sonra karyerasına Meksikada davam etməyə qərar verən Sergio Ramosun “Monterrey”ə qoşulması, klubun forma satışlarına müsbət təsir göstərib. Monterrey rəhbəri Pedro Esquivel Ayanegui, El Financiero-ya verdiyi müsahibədə, Ramos transferinin ardından forma satışlarında böyük bir artış yaşandığını bildirib.

Ayanegui açıqlamasında, “Bütün dəqiq rəqəmləri verə bilmərəm, amma üç həftə ərzində, normalda həmin dövrdə satdığımız formaların 7 qatına çatdıq.” deyib.

Sergio Ramos, “Monterrey”-də keçirdiyi 5 matçda 3 qol vurub.