“Sevilla” azarkeşlərindən klub bazasına hücum
Bakı, 11 may, Tsport.az
İspaniyanın tanınmış futbol klubu “Sevilla” nın azarkeşləri La Liqanın 35-ci turunda Celta Vigoya 2:3 hesablı məğlubiyyətdən sonra klubun məşq bazasına hücum ediblər.
Tsport.az xarici mənbəyə istinadən xəbər verir ki, əsəblərinə hakim ola bilməyən fanatlar futbolçularla üzləşmək məqsədilə bazaya daxil olmağa çalışıblar və qapını sındırıblar. Hadisənin böyümə təhlükəsi səbəbilə klub rəhbərliyi polisə müraciət edib.
Təhlükəsizlik qüvvələri kütləni dağıtmaq üçün rezin güllələrdən istifadə etməyə məcbur qalıb. Gərginlik səbəbilə futbolçular gecəni klubun bazasında keçirmək məcburiyyətində qalıblar.
Qeyd edək ki, hazırda Sevilla La Liqa turnir cədvəlində 38 xalla 15-ci pillədə qərarlaşıb və azarkeşlər arasında narazılıq getdikcə artır.