Dünya Futbolu

“Sevilla” Yunanıstanlı qapıçını heyətinə qatdı

Bakı, 13 avqust, Tsport.az

İspaniyanın “Sevilla” klubu Yunanıstan millisinin və İngiltərənin “Newcastle United” komandasının qapıçısı Odysseas Vlachodimosu icarəyə götürüb.

Tsport.az xəbər verir ki, 31 yaşlı qolkiper 2025/2026 mövsümünün sonuna qədər “Sevilla”nın formasını geyinəcək. Vlachodimos ötən mövsüm “Newcastle United”in heyətində yalnız bir oyunda meydana çıxıb. Təcrübəli qapıçı daha çox Portuqaliyanın “SL Benfica” klubundakı çıxışı ilə tanınır. O, bu komandada 225 matçda iştirak edib, 217 qol buraxıb və 94 dəfə qapısını toxunulmaz saxlayıb. Yeni transfer “Sevilla”nın qapı xəttində alternativləri artıracaq.