Dünya Futbolu

”Shakhtar Donetsk”də yeni baş məşqçi

Bakı, 4 may, Tsport.az

Türkiyənin tanınmış sabiq futbolçusu Arda Turan fəaliyyətini növbəti mövsüm Ukraynada davam etdirə bilər.

Tsport.az xəbər verir ki, 38 yaşlı mütəxəssis “Shakhtar Donetsk” (Şaxtyor) klubunun baş məşqçisi olacaq. Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb. Tərəflər İngiltərənin paytaxtı Londonda ilk görüş keçiriblər.

Hazırda Arda Turan Türkiyə təmsilçisi “Eyüpspor” klubuna rəhbərlik edir.