Azərbaycan FutboluDünya Futbolu

“Shelbourne” – “Qarabağ” oyunu üçün biletlər tükəndi

Bakı, 20 iyul , Tsport.az 

UEFA Çempionlar Liqasının 2025/26 mövsümünün ikinci təsnifat mərhələsində keçiriləcək “Shelbourne” – “Qarabağ” qarşılaşmasına böyük maraq var.

Tsport.az xəbər verir ki, İrlandiya klubunun rəsmi açıqlamasına görə, Tolka Park stadionunda baş tutacaq oyun üçün bütün biletlər bir gün ərzində satılıb.

Tolka Park arenası Dublin şəhərində yerləşir və təxminən 6000 nəfər tutumuna malikdir. Klub bu matçı “möhtəşəm Avropa gecəsi” adlandıraraq azarkeşləri unudulmaz atmosferin gözlədiyini bildirib.

Qarşılaşma iyulun 23-də keçiriləcək. Cavab oyunu isə iyulun 30-da, Bakıdakı Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.