Şimali İrlandiya Almaniya qarşısında şansını qaçırıb
Bakı, 14 oktyabr, Tsport.az
Şimali İrlandiya DÇ-2026-nın seçmə mərhələsində Almaniyaya 0:1 hesabı ilə uduzub.
Tsport.az xəbər verir ki, Belfastdakı “Windsor Park” stadionunda keçirilən oyunda azarkeşlər final fitindən sonra həm etiraz, həm də alqış səsləndiriblər. Hakimlərin cəmi iki dəqiqə əlavə etməsi və penalti epizodunu nəzərdən keçirməməsi gərginliyə səbəb olub.
Qarşılaşmanın yeganə qolunu Nik Voltemade vurub. Ev sahibləri son dəqiqələrdə Almaniyanı ciddi təzyiq altında saxlasalar da, hesabı dəyişmək mümkün olmayıb.
Komandanın lideri Konnor Bredli cəzalı olduğu üçün oyunu buraxıb. Şimali İrlandiya üçün bu məğlubiyyət qrupdakı vəziyyəti bir qədər çətinləşdirib.