Dünya Futbolu

“Sivasspor”da Nikolic şoku!

Bakı, 3 aprel, Tsport.az

Trendyol Super Liqa təmsilçilərindən “Sivasspor”un qapıçısi Djordje Nikolicin sol dizində “daxili menisküs yırtığı” aşkar edildiyi bildirildi.

Tsport.az xəbər verir ki, qırmızı-ağ klubunun açıqlamasında Nikolicin, “Rizespor” ilə oyun hazırlıqları çərçivəsində keçirilən məşqdə zədələndiyi qeyd edilib.

Futbolçunun sağlamlıq durumu ilə bağlı məlumat verilən açıqlamada, bunlar qeyd olundu: “Detallı sağlamlıq yoxlamalarından sonra oyunçumuzun sol dizində daxili menisküs yırtığı aşkar edilmişdir. Müalicə prosesinin ən sağlam şəkildə irəliləməsi üçün idmançımızın əməliyyat olunması planlaşdırılır. Djordje Nikolicə keçmiş olsun diləyimizi çatdırır, ən qısa zamanda sahələrə dönməsini arzulayırıq”.

Fatimə Abdulrəhimli