-->
Dünya Futbolu

“Shkupi” klubunun ulduzu yanaraq öldü

Bakı, 17 mart, Tsport.az

Şimali Makedoniyanın Shkupi (Şkupi) klubunun 25 yaşlı futbolçusu Andrej Lazarov faciəvi şəkildə həyatını itirib.

Tsport.az xəbər verir ki, Lazarov, Koçani şəhərində keçirilən bir konsert zamanı baş verən yanğın nəticəsində həlak olub.

Yanğın pirotexnika səbəbindən başlayıb və faciəvi hadisə nəticəsində 59 nəfər həyatını itirib.

Şimali Makedoniya hökuməti bu faciəli hadisə ilə əlaqədar olaraq ölkə boyu 7 günlük matəm elan edib.