Formula 1

SON DƏQİQƏ: Azərbaycan Qran Prisi 2030-cu ilə qədər yarış təqvimində qalacaq!

Bakı,20 sentyabr ,  Tsport.az 

Formula 1-in ən maraqlı mərhələlərindən biri olan Azərbaycan Qran Prisi 2030-cu ilə qədər rəsmi yarış təqvimində yer alacaq. Formula 1-in rəsmi səhifəsi  bu barədə açıqlama yayıb.

 Tsport.az xəbər verir ki, Bakı Şəhər Halqasının unikal mənzərəsi və ölkəmizin yarışa göstərdiyi yüksək maraq, dəstək sayəsində Azərbaycan Qran Prisi gələcək illərdə də azarkeşləri və sürücüləri bir araya gətirməyə davam edəcək.

Aytac Mustafayeva