Dünya Futbolu

SON DƏQİQƏ: “Fenerbahçe”yə Asensio şoku!

Bakı, 26 iyul , Tsport.az

Transfer çalışmalarını davam etdirən “Fenerbahçe”yə Marco Asensio ilə bağlı pis xəbər gəlib.

Tsport.az xəbər verir ki,Transfer işlərini sürətləndirən “Fenerbahçe”də Marco Asensio ilə bağlı qərar verilib. Klub prezidenti Ali Koçun rəhbərliyi ilə son transfer toplantısında portuqaliyalı baş məşqçi Jose Mourinho ilə birlikdə yeni yol xəritəsi müəyyənləşdirilib.

Haber Globaldan Sercan Hamzaoğlunun xəbərinə görə, keçirilən son transfer toplantısında Asensio transferi ilə bağlı vacib qərar alınıb. Digər tərəfdən Jose Mourinhonun İrfan Can Kahveci və Cengiz Ünderdən də yararlanmağı planlaşdırdığı bildirilib.

Jose Mourinhonun əsas prioriteti: sol cinah transferi ;

Baş məşqçi Mourinhonun əsas prioriteti sol cinah mövqeyidir və bu mövqeyə yüksək büdcə ayrılması planlaşdırılır. Bu səbəbdən Marco Asensio transferi gözləmə vəziyyətinə salınıb. Mourinho, sağ cinahda isə İrfan Can və Cengiz Ünderdən faydalanmağı düşünür.