SON DƏQİQƏ: Kerem Aktürkoğlu, “Fenerbahçe”də!
Bakı, 19 avqust , Tsport.az
“Fenerbahçe”, “Benfica”nın ulduzu Kerem Aktürkoğlunun transferi üçün Portuqaliya klubu ilə razılığa gəldi.
Trendyol Super Liqasının ilk turunda “Göztepe” ilə 0:0 hesablı bərabərlik əldə edən və azarkeşlər tərəfindən böyük tənqidlərə məruz qalan “Fenerbahçe” rəhbərliyi transferdə “təcili yardım” düyməsinə basdı. Baş məşqçi Jose Mourinhonun istəkləri əsasında hərəkətə keçən “sarı-lacivərlilər”, uzun müddətdir izlənilən Kerem Aktürkoğlu transferində nəhayət “xoşbəxt son”a çatdı.
Tsport.az xəbər verir ki ,Portuqaliya mətbuatı, “Record”un xəbərinə görə, “Fenerbahçe” və “Benfica” klubları Kerem Aktürkoğlunun transferi üçün prezidentlər səviyyəsində yenidən görüşdü. Bu görüşdə “Fenerbahçe” prezidenti Ali Koç, “Benfica” prezidenti Rui Costaya ilk təklifləri olan 22,5 + 2,5 milyon avroluq təklifi yenidən təqdim etdi və Rui Costa da bu təklifi qəbul etdi.
Digər tərəfdən, “Fanatik”dən Samet Çayır iki klub arasında anlaşmanın tam olduğunu açıqladı.
“Fenerbahçe” daha əvvəl bu eyni təklifi “Benfica”ya təqdim etmiş və tərəflər arasında razılaşma əldə olunmuşdu. Lakin Keremin “Fenerbahçe” – “Benfica” oyununda meydana çıxa bilməyəcəyi səbəbindən, “Fenerbahçe” təklifi təxminən 18 milyon avroya endirmiş, “Benfica” isə bunu rədd etmişdi. İndi isə “sarı-lacivərlilər” əvvəlki təklifinə qayıdaraq razılaşmanı yekunlaşdırdı.
Qeyd edək ki,Çərşənbə günü keçiriləcək “Fenerbahçe” – “Benfica” matçı öncəsi Keremin komandasından ayrı olaraq İstanbula gəlməsi gözlənilir. Türkiyəli ulduz bu gün axşam (bazar ertəsi) və ya ən gec sabah (çərşənbə axşamı) İstanbula gələrək tibbi müayinədən keçəcək və “sarı-lacivərd” formaya imza atacaq.
Kerem Aktürkoğlunun çərşənbə günü oynanacaq “Fenerbahçe” – “Benfica” qarşılaşmasını tribunadan izləməsi gözlənilir.
Aytac Mustafayeva