Dünya Futbolu

SON DƏQİQƏ: Victor Osimhen “Galatasaray”da!

Bakı, 20 iyul , Tsport.az 

Di Marzionun məlumatına görə, “Galatasaray” və “Napoli” Victor Osimhen transferi mövzusunda razılığa gəlib.

Tsport.az xəbər verir ki,Sarı-qırmızılılar bu transfer üçün “Napoli”yə 75 milyon avro və gələcək satışdan əldə olunacaq qazancın 10 faizi qədər pay verəcək.

Victor Osimhenin qısa müddət ərzində “Galatasaray”ın düşərgəsinə qoşulması gözlənilir.

Ulduz futbolçunun “Galatasaray”a keçə bilmək üçün “Al Hilal”, “Juventus” və “Manchester United “təkliflərini rədd etdiyi bildirilir.