“Son dəqiqədə yediyimiz qol məni üzdü”
Bakı, 8 aprel, Tsport.az
“Son dəqiqələrdə yediyimiz qolla oyun bərabərə bitdi.Bu məni üzsə də, yenə də oyunçularımı təbrik etmək istəyirəm.”
Tsport.az xəbər verir ki, bu sözləri “Gaziantep” FK-nın baş məşqçisi Selçuk İnan matçın ardından keçirilən mətbuat konfransında açıqlama verən zaman qeyd edib.
İnan, son anda gələn qolla qalibiyyəti qaçırdıqları üçün məyus olduğunu bildirdib:
“Oyuna yaxşı başladıq. “Göztepe”nin fiziki olaraq çox güclü və uzun toplarda yaxşı olduğunu bilirdik. Bunun üzərində çox çalışdıq. Oyun balanslı idi, amma ilk yarının sonlarına doğru “Göztepe”nin təzyiqi oldu. Penaltı qaçırdıqdan sonra ikinci yarıya yaxşı başladıq və qolu da tapdıq. Maçı 80-ci dəqiqəyə qədər bir şəkildə apardıq. Yaxşı oynadıq. Xüsusilə topu ələ keçirdikdən sonra fürsətlər də tapdıq, amma final vuruşlarını edə bilmədik.”
Son 10 dəqiqədə qazandıqları topları düzgün dəyərləndirə bilmədiklərini və müdafiəyə çəkildiklərini vurğulayan İnan, “Ən sonda son dəqiqədə yediyimiz qol ilə oyun bərabərə bitdi. Son dəqiqədə yediyimiz qol məni üzsə də, yenə də oyunçularımı təbrik etmək istəyirəm.”-sözlərini deyib.