-->
Azərbaycan FutboluMüsahibə

“Sonda gülən tərəf biz olduq” – İdris İnqilablı

Bakı, 28 aprel, Tsport.az

Birinci Liqanın bitməsinə 4 tur qala “İmişli” Misli Premyer Liqasında gələn mövsüm üçün çıxışını təmin edib.

Tsport.az xəbər verir ki, komandanın üzvü İdris İnqilablı  bu barədə fikirlərini bizimlə bölüşüb, suallarımızı cavablandırıb.

“Həqiqətən kamanda olaraq çox xoşbəxtik. Təbii ki, bu ağır sezonun ardından Premyer liqaya yükselmek bizim üçün böyük bir addımdır və kəlimələrə sığdırmaq çətindir.

Bəlkədə “Qəbələ” ilə oyunda sezonun ən yaxşı oyunlarından birini keçirtdik, dominantlığımızı qoruyub saxlaya bildik. Əlimizdən gələni elədik. Sonda gülən tərəf biz olduq.

Hər bir futbolçunun istəyidir ki, Premyer liqada çıxış etsin. 19 ilden sonra bu xoş anları yaşamaq bizə qismət oldu. “İmişli” azarkeşlərinin də bu yolda çəkdiyi əziyyət danılmazdır.

Hazırda fikirimiz olduğumuz mövqeyi qoruyub saxlamaqdır. Qarşıdakı oyunlara yalnız qələbə üçün çıxacağıq ki, 2-ci yeri qoruyub saxlaya bilək.

Komandamızın hədəfi qarşıdakı sezonda Premyer liqada gözəl ve baxımlı oyun sərgiləməkdir. “İmişli” camaatı baxıb, oynadığımız futboldan zövq alsın. Təbii ki burda mənimdə əlimdən gələni edəcəyəm”.

Bahar Rüstəm