DigərMüsahibə

“Söz verirəm ki, Azərbaycana qızıl medal qazandıracağam”

Bakı, 4 oktyabr, Tsport.az

Bü sözləri Azərbaycanda təşkil edilən III MDB Oyunlarında ölkəmizi təmsil edən Rzazadə Hüseyn deyib.

Tsport.az xəbər verir ki, sərbəst güləş üzrə bürünc medal qazanan təmsilçimiz fikirlərini bizimlə bölüşüb:

“Düşünürəm ki, gələn dəfə bu səhvimi düzəldib qızıl medal qazanacağam. Başda Ceyhun müəllim olmaqla bütün müəllimlərimə təşəkkürümü bildirirəm. Röyal Ağamalıyev, Fərid İsmayılov, Ramal Qəniyev və Xəyal Ağamalıyevə də minnətdaram. İnşallah, Bakıda keçiriləcək dünya çempionatında qızıl medalı Azərbaycana gətirəcəyəm.

Yarışa hazırlığımız yaxşı keçmişdi. Buraya gəlib çıxmağımda müəllimlərimin böyük rolu olub. Onlar olmasaydı, bu, çətin olardı. İnşallah, səhvimi düzəldəcəyəm və söz verirəm ki, Azərbaycana qızıl medal qazandıracağam”.

Bahar Rüstəm