“Spartak” azarkeşinə stadiona giriş qadağası verilib
Bakı, 8 mart, Tsport.az
Rusiyanın “Spartak” klubunun bir azarkeşi matça sərxoş vəziyyətdə gəldiyi üçün ciddi cəza alıb.
Tsport.az xəbər verir ki, Moskva məhkəməsi həmin azarkeşin 1 il müddətinə stadionlara girişini qadağan edib. Hadisə 2024-cü ildə “Spartak”ın “Rostov”la oyunu zamanı baş verib. Azarkeşin sərxoş halda qaydaları pozması məhkəmənin bu qərarı verməsinə səbəb olub. Bundan əlavə, o, 3000 rubl məbləğində cərimələnib.
Xatırladaq ki, “Spartak” hazırda Rusiya Premyer Liqasında 19 turdan sonra 40 xalla üçüncü yerdə qərarlaşıb.