Dünya Futbolu

“Sporting”in ulduz futbolçusu karyerasını İspaniyada davam etdirə bilər

Bakı, 14 mart, Tsport.az

Sporting”in futbolçusu Viktor Gyökeres karyerasını İspaniyada davam etdirə bilər.

Tsport.az xəbər verir ki “Real Madrid” klubu 26 yaşlı hücumçunun xidmətində maraqlıdır.

Oyunçunun çıxışı Madrid təmsilçisinin baş məşqçisi Karlo Ancelottinin diqqətini cəlb edib və yayda tərəflər arasında danışıqların başlaya biləcəyi bildirilir.

Gyökeres, cari mövsümdə “Sporting” klubu ilə 40 oyunda 39 qol vurub və 9 məhsuldar ötürmə verib. Onu transfer etmək istəyən klublar arasında “Manchester United” və “Manchester City” də var.