Digər

Star Cup Azerbaijan: “Platinum” finala yüksəldi

Bakı, 27 iyun , Tsport.az 

Bakı Su İdmanı Sarayının ərazisində yerləşən Avropa Oyunları Parkında təşkil olunan Star Cup Azerbaijan turnirinin ilk yarımfinal qarşılaşması baş tutub.

Tsport.az xəbər verir ki, gərgin mübarizə şəraitində keçən oyunda “Platinum” komandası “Mahal” üzərində 8:7 hesablı çətin qələbə qazanaraq adını finala yazdırıb. Komandanın heyətində tanınmış güləşçilər – olimpiya mükafatçıları, dünya və Avropa çempionları Hacı Əliyev və Rafiq Hüseynov çıxış ediblər.

İkinci finalçının kimliyi 28 iyun tarixində keçiriləcək digər yarımfinal matçından sonra müəyyənləşəcək. Final və üçüncülük oyunları isə 2 iyulda Avropa Oyunları Parkının çimərlik futbolu stadionunda keçiriləcək.

Turnir boyu sərgilənən yüksək temp və ulduz idmançıların iştirakı tamaşaçılara əsl idman həyəcanı yaşadır.