Dünya Futbolu

Stefano Denswil “Kayserispor”a Keçir


Bakı, 22 iyul , Tsport.az 

“Trendyol Süper Liq” təmsilçilərindən “Kayserispor” müdafiəçi Stefano Denswil ilə razılığa gəlib.

Tsport.az xəbər verir ki, son olaraq “Trabzonspor”da çıxış edən 32 yaşlı Stefano Denswil, transfer qadağası aradan qalxan kimi “Kayserispor”la 1 illik müqavilə imzalayacaq.

Təcrübəli müdafiəçinin tibbi yoxlamadan keçdikdən sonra komanda ilə məşqlərə başlaması gözlənilir.

Qeyd edək ki, Denswil ötən mövsüm “Trabzonspor”un heyətində 13 oyuna çıxıb və 1 qol vurub.

Transfer qadağası hələ də qüvvədə olan “Kayserispor” daha əvvəl Aaron Opoku, Joao Mendes, Burak Kapacak və Dorukhan Toköz ilə də razılığa gəlmişdi.