Steven Gerrard “Rangers”ə qayıda bilər
Bakı, 10 oktyabr, Tsport.az
“Rangers” Russell Martinlə yollarını ayırdıqdan sonra keçmiş baş məşqçi Steven Gerrardın adı klubun gələcək məşqçisi kimi önə çıxıb.
Tsport.az xəbər verir ki, klub rəhbərliyi “dərin və diqqətli seçim prosesi” apardığını bildirir, lakin Gerrard ikinci dəfə komandaya qayıtmaq istəsə, vəzifənin ən real namizədi hesab olunur.
45 yaşlı mütəxəssis bildirib ki, yarımçıq qalmış işlərini tamamlamaq və qalib gəlmək uğrunda mübarizə aparan komandada işləmək istəyir.