Digər

Stolüstü tennis yarışlarının qalibi müəyyənləşib

Bakı, 29 sentyabr, Tsport.az

Qəbələ Olimpiya kompleksində III MDB Oyunları çərçivəsində keçirilən stolüstü tennis yarışları bitib.

Tsport.az xəbər verir ki, Rusiya komandası bu idman növündə 10 medal (9 qızıl, 1 gümüş) qazanaraq birinci olub. 6 gümüş, 3 bürünc medal qazanan Azərbaycan idmançıları ikinci, Belarus isə 1 gümüş, 6 bürünc mükafatla üçüncü olub.

Özbəkistan 1 gümüş, 6 bürünc medalla dördüncü, Qazaxıstan isə 3 bürünc medalla beşinci yeri tutub.