-->
Dünya FutboluMaraqlı

Suares yenə sakit dayanmadı! Bu dəfə Jordi Albanı dişlədi.

Bakı, 14 aprel, Tsport.az

“Inter Miami” ilə “Los Angeles” FC arasında keçirilən və Messinin iki qol vurduğu Concacaf Çempionlar Kuboku matçının 89-cu dəqiqəsində yaşanan gərgin anlar kameralara maraqlı şəkildə əks olunub.

Tsport.az xəbər verir ki ,sosial şəbəkələrdə yayılan bir videoda Luis Suaresin komanda yoldaşı Jordi Albanın əlini dişlədiyi görünür. Hadisə, LAFC futbolçusu Marlon Santosun sərt müdaxiləsindən sonra yaranan gərginlik zamanı baş verib. Qısa müddətdə yaranan qarışıqlıqda fransız futbolçu Olivier Giroud Jordi Albanı boynundan tutarkən, Suares isə ispaniyalı futbolçunun əlini dişləyib.

Ən maraqlı məqam isə odur ki, Suares yəqin ki, Alba-nın əlini LAFC-li futbolçunun əli ilə səhv salaraq dişləyib. Görüntülərdə Suaresin hərəkətinin sərt olmadığı görünsə də, onun keçmişdəki dişləmə hadisələri səbəbilə bu olay gündəmin əsas mövzusuna çevrilib.

Aytac Mustafayeva