“Şükürlər olsun ki, geri qayıda bildik” – Murad Musayev
Bakı, 28 aprel, Tsport.az
Birinci Liqanın bitməsinə son 4 tur qalmış “Qəbələ” gələn mövsüm Misli Premyer Liqasında çıxışı təmin edib.
Tsport.az xəbər verir ki, bu barədə “Qəbələ” nin üzvü Murad Musayev fikirlərini bölüşüb, suallarımızı cavablandırıb.
“Bütün “Qəbələ” azarkeşlərini təbrik edirəm. Həm klub, həm futbolçular olaraq, mövsüm başlayanda məqsədimiz Premyer liqaya qayıtmaq idi. Hədəfimizə çatdığımıza görə sevincliyik. Biraz çətin oldu. Amma əsas odur ki, geri qayıda bildik. Əsas işlərinin hələ qabaqdadır.
Artıq motivasiyamız daha çoxdur. Artıq komanda çempiondur. Komandada rahatçılıq olacaq. Oyunlarımızı daha rahat oynayacağıq. Motivasiyamız olmalıdır ki, zədələrdən, travmalardan uzaq qala biləsən. Biraz boşluq olduqda, İstər-istəməz zədələr qaçınılmaz olur. Ona görə həm özümüzü həm də motivasiyamızı da qorumalıyıq ki, növbəti mövsümə daha rahat hazırlaşaq.
Keçən mövsüm bizim üçün yaxşı olmadı. Aşağı liqaya düşdük. Şükürlər olsun ki, geri qayıda bildik. Komanda yoldaşlarıma həmişə demişəm ki, “Qəbələ” həmişə böyük, iddialı klub olub. Həmişə çətinlik olur. Biz də bu çətinlikdən klubumuzu çıxara bilərik. Onlara həmişə motivasiya verirdim. Üstümüzə düşən vəzifəni layiqincə yerinə yetirməliyik. Komanda yoldaşlarım da sağ olsunlar, həm oyunlarda, həm məşqlərdə əziyyət çəkirdilər. Əllərindən gələnin ən yaxşı etdilər ki, komanda layiq olduğu yerə qayıtsın.
Yeni mövsüm üçün hədəflərim klubda qalsam, komandaya daha çox fayda verməkdir. Həm özüm, həm də komanda üçün yararlı olum”.
Bahar Rüstəm