“Sumqayıt” mövsümü qələbə ilə bağladı
Bakı, 23 may , Tsport.az
Misli Premyer LiqasınınXXXVI turunda “Səbail” doğma meydanda “ “Sumqayıt”ı qəbul edib.
Tsport.az xəbər verir ki , Rəşad Əhmədovun idarə etdiyi matçda hesabı 21-ci dəqiqədə Sulliman Alluş açıb:1-0. Gənclik şəhəri təmsilçisi 28-ci dəqiqədə Sertan Taşkının qolu ilə hesabı bərabərldirib: 1-1. İlk hissə 1-1 başa çatıb. İkinci hissədə “Sumqayıt” hesabda irəli keçir. 58-ci dəqiqədə Girogi Karaşvili penalti qolu ilə hesabda irəli keçirir.74-cü dəqiqədə R. Vasquez fərqləndi və hesab 1:3 oldu. Qarşılaşmanın sonlarına yaxın, 90+2-ci dəqiqədə Roei Kaatın vurduğu qolla “Sumqayıt” yekun nəticəni müəyyənləşdirdi 1:4.
Beləliklə, “Sumqayıt” mövsümü qələbə ilə bağlayıb və “Səbail”i səfərdə 4:1 hesabı ilə məğlub etdi.