Azərbaycan Futbolu

Sumqayıt Vaqif Cavadovla yollarını ayrırıb

Bakı, 12 may , Tsport.az

 “Sumqayıt”Futbol Klubu baş məşqçi Vaqif Cavadovla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib. 

Tsport.az xəbər verir ki , V. Cavadov bundan sonra klubun komandalarından birində məşqçi kimi fəaliyyətini davam etdirəcək. 

Mütəxəssisə göstərdiyi xidmətlərə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzu edirik.

Qeyd edək ki, Vaqif Cavadov bütün turnirlər daxil olmaqla “Sumqayıt”ı 28 oyuna çıxarıb (25 Premyer Liqa, 3 Azərbaycan Kuboku). Bu matçlarda komandamız 7 qələbə, 6 heç-heçə və 15 məğlubiyyətlə yadda qalıb.