“Sumqayıt” yeni baş məşqçisini açıqladı
Bakı, 7 iyul , Tsport.az
“Sumqayıt” yeni baş məşqçisini açıqlayıb.
Tsport.az xəbər verir ki, klubun mətbuat xidməti bu məlumatı yayıb.
Saşa İliç komandanın yeni baş məşqçisi təyin edilib. Onunla 1 illik müqavilə imzalanıb.
İliç məşqçi karyerasına “Çukariçki”də başlayıb. Debüt mövsümündə 8 ay çalışıb.
Sonrakı illərdə o, bu klublarda işləyib:
- SSKA (Sofiya, Bolqarıstan)
- “Atromitos” (Yunanıstan)
- “Pari NN” (Rusiya)
İliçin ən yüksək nəticəsi Bolqarıstandadır. 2022/23 mövsümündə ordu klubu onun rəhbərliyi altında çempionatı 2-ci yerdə bitirib.
Qeyd edək ki, Saşa İliç son olaraq “Pari NN”də çalışıb.