Azərbaycan Futbolu

“Sumqayıt”ın yay hazırlıq planı məlum oldu

Bakı, 8 iyul , Tsport.az 

Sumqayıt” iyulun 7-dən yay təlim-məşq toplanışına start verib. Məşqlər SOCAR Polymer Arena-da iyulun 24-dək davam edəcək.

Tsport.az xəbər verir ki, 25 iyulda komanda Qəbələyə yola düşəcək. Hazırlıqların ikinci mərhələsi burada avqustun 8-dək davam edəcək.


Hazırlıq planı:

  • Məkan və tarix
    • 7–24 iyul: SOCAR Polymer Arena, Bakı
    • 25 iyul–8 avqust: Qəbələ
  • Yoxlama oyunları
    • Plan: 4 matç
    • Rəqiblər və oyun vaxtı klubun rəsmi media platformalarında açıqlanacaq