“Sumqayıt”ın yay hazırlıq planı məlum oldu
Bakı, 8 iyul , Tsport.az
“Sumqayıt” iyulun 7-dən yay təlim-məşq toplanışına start verib. Məşqlər SOCAR Polymer Arena-da iyulun 24-dək davam edəcək.
Tsport.az xəbər verir ki, 25 iyulda komanda Qəbələyə yola düşəcək. Hazırlıqların ikinci mərhələsi burada avqustun 8-dək davam edəcək.
Hazırlıq planı:
- Məkan və tarix
- 7–24 iyul: SOCAR Polymer Arena, Bakı
- 25 iyul–8 avqust: Qəbələ
- Yoxlama oyunları
- Plan: 4 matç
- Rəqiblər və oyun vaxtı klubun rəsmi media platformalarında açıqlanacaq