Dünya Futbolu

Superliqada zirvə mübarizəsi: “Galatasaray” və “Fenerbahçe” səfərdə

Bakı, 2 mart, Tsport.az

Bu gün Türkiyə Superliqasında XXVI turun növbəti qarşılaşmaları baş tutacaq.

Tsport.az xəbər verir ki, turnir cədvəlinin lideri Galatasaray (Qalatasaray) səfərdə “Kasımpaşa” ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Fenerbahçe (Fənərbağça) isə doğma meydanda “Antalyaspor”-u qəbul edəcək. Qarşılaşma yerli vaxtla 21:30-da başlayacaq.

Hazırda “Galatasaray” 64 xalla çempionatın zirvəsində qərarlaşıb, onu 58 xalla ikinci pillədə olan “Fenerbahçe” izləyir.