“Səbail” Nicat Süleymanovu heyətinə qatdı
Bakı, 22 iyul , Tsport.az
“Səbail” Futbol Klubu “Kəpəz”dən ayrılan 26 yaşlı cinah yarımmüdafiəçisi Nicat Süleymanovu transfer edib.
Tsport.az xəbər verir ki, tərəflər 1 illik müqavilə imzalayıblar.
Bu transferlə yanaşı, “Səbail” bu gün kapitanı Yusif Nəbiyevlə də yeni müqaviləni rəsmiləşdirib. Paytaxt klubu 2025/26 mövsümündə Azərbaycan 1-ci liqasında mübarizəsini davam etdirəcək.