“Səbail” Yusif Nəbiyevlə yeni müqavilə imzalayıb
Bakı, 22 iyul , Tsport.az
“Səbail” Futbol Klubu kapitanı Yusif Nəbiyevlə 1+2 illik yeni müqavilə bağlayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı müdafiəçi son iki mövsümü “Səbail”də keçirib və komandanın əsas simalarından hesab olunur.
Komanda 2025/26 mövsümündə Azərbaycan 1-ci liqasında mübarizə aparacaq. Yeni müqavilə Yusif Nəbiyevin liderliyini daha uzun müddət “dənizçilər”lə davam etdirməsinə imkan verəcək.