Təmsilçilərimiz Xizək Alpinizmi üzrə Dünya Kubokunda iştirak ediblər
Bakı, 6 aprel, Tsport.az
4-5 aprel tarixlərində Xizək Alpinizmi üzrə milli komandanın üzvləri Nəzrin Qəribova və Seyid Sədrəddinov İsveçrənin Villars-Sur-Ollon qəsəbəsində keçirilmiş Xizək Alpinizmi üzrə Dünya Kubokunda iştirak ediblər.
Tsport.az xəbər verir ki, Nəzrin Qəribova 21 ölkədən olan 62 idmançı arasında yarışın sprint növü üzrə 33-cü, Seyid Sədrəddinov isə 75 idmançı arasında 67-ci yerə sahib olublar.
Yarışın mixed relay növüdə isə idmançılarımız 42 çütlük arasında 37-ci yerdə qərarlaşıblar.



