Talisca transfer iddialarına cavab verdi
Bakı, 20 avqust , Tsport.az
Braziliya klublarına gedəcəyi iddia edilən Anderson Talisca, çıxan xəbərlərə aydınlıq gətirdi.
Tsport.az xəbər verir ki, 31 yaşlı futbolçu TNT Sportsa açıqlamasında Türkiyədə xoşbəxt olduğunu deyərək: “Hazırda geri dönməyi düşünmürəm. Anı yaşayıram və “Fenerbahçe” ilə müqaviləm var. Hazırda yalnız “Fenerbahçe”ni düşünürəm.”sözlərini işlədib.
Qeyd edək ki, bu mövsüm 2 oyuna çıxan Talisca, 1 qolla yadda qalıb.
Aytac Mustafayeva