Tammy Abraham açılışı Dolmabahçədə etdi
Bakı, 18 avqust, Tsport.az
“Beşiktaş”ın yeni hücumçusu Tammy Abraham, Trendyol Super Liqasında da qol hesabını açdı.
Tsport.az xəbər verir ki, Mövsümün ilk oyununda “Eyüpspor”u qəbul edən “qara-ağlılar”, 19-cu dəqiqədə penaltı qazandı. Topun arxasına keçən Tammy Abraham penaltı zərbəsini dəqiq yerinə yetirərək komandasını 1-0 önə keçirdi.
UEFA Avropa Liqası və UEFA Konfrans Liqasında çıxdığı 4 oyunda 5 qol vuran ingilis ulduz, Trendyol Super Liqasında oynadığı ilk görüşdə də fərqləndi. Beləliklə, Tammy Abraham “qara-ağlı” formanı geyindiyi 5 oyunda ümumilikdə 6 qola çatdı.
Zəhra Mansırova