Tanınmış tennisçi atası tərəfindən qətlə yetirilib
Bakı, 11 iyul, Tsport.az
Hindistanlı tennisçi Radhika Yadav faciəvi şəkildə dünyasını dəyişib.
Tsport.az xəbər verir ki, “Times of India” nəşrinin məlumatına görə, hadisə şəxsi mübahisə zəminində baş verib.
Səhər yeməyi zamanı Radhika ilə atası Deepak Yadav arasında yaranan gərginlik faciə ilə nəticələnib. Ata qızına beş dəfə atəş açıb, onlardan üçü tennisçiyə dəyib. 25 yaşlı idmançı dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisədən sonra saxlanılan 49 yaşlı Deepak Yadav, ilkin dindirilmədə qızının qazancı və tanınmışlığı ilə bağlı cəmiyyətin ona yönəltdiyi təzyiqlərin belə bir addıma səbəb olduğunu etiraf edib.
Qeyd edək ki, Radhika Yadavın International Tennis Federation (ITF) reytinqində ən yüksək mövqeyi 2024-cü ilin noyabrında 113-cü yer olub.