Dünya Futbolu

Ter Ştegen “Barcelona”dan ayrılaraq İngiltərəyə yollana bilər

Bakı, 6 oktyabr, Tsport.az

İspaniyanın “Barcelona” klubunun qapıçısı Mark-Andre ter Ştegen karyerasını İngiltərədə davam etdirə bilər.

Tsport.az xəbər verir ki, “Mançester Yunayted”, “Tottenhem” və “Nyukasl” 33 yaşlı alman qolkiperlə maraqlanır.

Premyer Liqa klublarının oyunçunu satınalma şərti ilə icarəyə götürmək variantını nəzərdən keçirdiyi bildirilir.

Məlumata əsasən, “Barcelona” rəhbərliyi də ter Ştegeni satmağa müsbət yanaşır.

Qeyd edək ki, Mark-Andre ter Ştegen 2014-cü ildən Kataloniya təmsilçisində çıxış edir.