Dünya Futbolu

Ter Ştegen intizam cəzası ala bilər

Bakı, 5 avqust, Tsport.az

Barselona“nın qapıçısı Mark-Andre ter Ştegen intizamla üz-üzə qala bilər. İspaniyanın “Mundo Deportivo” nəşrinin yaydığı məlumata görə, futbolçu zədəsi ilə bağlı La Liqanın tibb komissiyasına hesabat göndərməyə razılıq verməyib.

Tsport.az xəbər verir ki, kataloniya klubu Ter Ştegenin sağalma müddətinin dörd ay çəkəcəyini hesablayır. Bu müddət ərzində “Barselona” yeni transferlərini qeydiyyatdan keçirmək imkanı əldə edə bilər.

Klub, qapıçının bu qərarını həm iqtisadi, həm də idman baxımından zərərli hesab edir və onun barəsində intizam işinin açılması üçün hüquq departamentinə müraciət etməyi planlaşdırır.