Ter Stegen uzun fasilədən sonra “Barcelona”nın qapısına qayıdır
Bakı, 2 may, Tsport.az
“Barcelona”nın baş məşqçisi Hansi Flick, alman qapıçı Marc-André ter Stegenin zədəsini tam sağaldaraq yaşıl meydanlara dönüşünü təsdiqləyib.
Tsport.az xəbər verir ki, La Liqanın 34-cü turunda “Real Valladolid”lə qarşılaşma öncəsi təşkil edilən mətbuat konfransında çıxış edən Flick, ter Stegenin sabahkı matçda start heyətində olacağını bildirib. Alman mütəxəssis əlavə edib ki, qarşıdakı görüşdə komandanın digər mövqelərində də rotasiyalar ediləcək.
Qeyd edək ki, ter Stegen sonuncu dəfə La Liqanın 6-cı turunda “Villarreal” ilə matçda (5:1) iştirak etmişdi. Həmin oyundan sonra diz qapağında aşkarlanan yırtıq səbəbilə 2024-cü ilin sentyabrından bəri meydana çıxmırdı.