TFF rəsmi şəkildə açıqladı! Liqalarda komanda sayı azaldılır.
Bakı, 17 aprel, Tsport.az
Türkiyə Futbol Federasiyası peşəkar liqalardakı komanda sayısının azaldılması qərarının alındığını açıqladı.
Tsport.az xəbər verir ki , TFF-dən verilən açıqlama belədir:
Türkiyə Futbol Federasiyası İdarə Heyəti, 16 aprel 2025-ci il tarixində Riva Hasan Doğan Milli Komandalar Təlim və Tədris Mərkəzində bir toplantı keçirmiş və toplantıda peşəkar liqalardakı komanda sayısının azaldılması qərara alınmışdır.
Peşəkar futbol liqalarında komanda sayı 2019-2020 mövsümündə 125 olduğu halda, COVID-19 pandemiyası səbəbilə Klublar Birliyinin liqadan düşmənin ləğv olunmasına dair ortaq tələbi nəticəsində həmin mövsümün sonunda liqadan düşmə tətbiq olunmamışdır. 2020-21 mövsümündə peşəkar liqalardakı komanda sayı 145-ə yüksəlmişdir.
2020-2021 mövsümündə 21 komanda ilə oynanılan Super Liqa başda olmaqla bütün liqalarda mərhələli şəkildə komanda sayısının azaldılması hədəflənmişdi; lakin 2023-cü ildə baş verən zəlzələ fəlakətindən təsirlənən klubların liqanı tərk etmə tələbləri qəbul edilmiş və planlaşdırılan sayıya çatmaq mümkün olmamışdır.
Klub gəlirlərinin artırılması və daha güclü bir rəqabət mühiti yaradılması məqsədilə, 2025-2026 mövsümündə 139 komandanın iştirak edəcəyi peşəkar liqalarda komanda sayısının mərhələli şəkildə azaldılması planlaşdırılır və hazırda 139 olan peşəkar komanda sayı, aşağıdakı şəkildə mövsümlərə uyğun göstərilən düşmə və yüksəlmə saylarına əsasən 120-yə endiriləcəkdir.
Aytac Mustafayeva